Bu gün səhər saatlarında Bakı şəhərinin mərkəzi hissəsində, Neftçilər prospektində (Kukla Teatrının qarşısı) nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.
Bundan başqa, Afiyəddin Cəlilov küçəsi, Tbilisi prospekti (Nəqliyyat Nazirliyinin qarşısı/mərkəzə doğru), Koroğlu Rəhimov küçəsi (Prezident iqamətgahının qarşısı), o cümlədən Yusif Səfərov küçəsi (Neftçilər Xəstəxanasının qarşısı), Bakı-Sumqayıt şosesi (paytaxta doğru) və Üzeyir Hacıbəyov küçəsində (Cavanşir körpüsü) nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.
Cia.az
