Zaqatala Rayon Təhsil Şöbəsinə Təhsil Nazirliyindən yoxlama gəlib.
Yoxlamanın əsas məqsədi kadrların yerləşdirilməsi və uçota alınması ilə bağlıdır.
Bu barədə Arqument.Az-a Zaqatala müəllimləri məlumat verib.
Onların sözlərinə görə, təhsil şöbəsinin müdiri Habil Qurbanov Təhsil Nazirliyindən gələn yoxlamaları "yola salmaq" üçün rüşvət yığmağa başlayıb.
Şöbə müdiri hər dərs saatı üçün müəllimlərdən 4 manatdan pul vermələrini tələb edib. Bununla bağlı tapşırıq isə məktəb diraktorlarına verilib.
Müəllimlər bildirilər ki, 10 saat dərsi olan müəllim 40 manat, 20 saat dərsi olan müəllim 80 manat verməlidir.
Məsələ ilə bağlı Zaqatala rayon Təhsil Şöbəsi ilə əlaqə saxladıq. Özü təhsil şöbəsinin məsul şəxsi kimi təqdim edən Gülcahan adlı xanım bildirdi ki, məsələni araşdırdıqdan sonra məlumat veriləcəklər.
