Neftçala rayonunun Xolqarabucaq kəndində intihar hadisəsi baş verib. Kənd sakini, 62 yaşlı Sədaqət Əliyeva dekabrın 13-nə keçən gecə özünü asıb.
Bu barədə virtualaz.org saytının Şirvan bürosuna Xolqarabucaq kənd sakinləri məlumat verib.
Kənd sakinlərinin sözlərinə görə, kənddəki orta məktəbdə ibtidai sinif müəlliməsi işləyən Sədaqət Əliyeva xeyli vaxt imiş ki, xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Onun intiharına da bu ağır xəstəliyin səbəb olduğu ehtimal edilir.
Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırma aparılır.
Cia.az
