|
Prezident Heydər Əliyevin məzarını ziyarət etdi

Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 12 il keçir.

Cia.az-ın məlumatına görə, dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub.

Cia.az