Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev prezident İlham Əliyevin sərəncamı ilə şöbə müdirinin müavini vəzifəsinə təyin olunub.
Cia.az APA-ya istinadən xəbər verir ki, V.Əliyev mətbuat və informasiya orqanları il iş üzrə cavabdehlik daşıyacaq.
Qeyd edək ki, V. Əliyev 2002-ci ildən Prezident Administrasiyasında çalışır.
2005-ci ildən ictimai-siyasi şöbənin mətbuat və informasiya orqanları ilə iş sektoruna rəhbərlik edib.
Cia.az
