|
"Qarabağ" Avropa Liqasında mübarizəni dayandırdı

 

Bu gün Avropa Liqasının qrup mərhələsində sonuncu – altıncı turun oyunları keçirilib.

Təmsilçilərimizdən “Qarabağ” həlledici oyununa çıxıb.

Qurban Qurbanovun komandası səfərdə “Anderlext”in qonağı olub. Bakıda keçirilən oyunda bu rəqibinə qalib gələn Ağdam klubu bunu Belçikada da bacarsaydı, “pley-off”a vəsiqə qazanacaqdı. Ancaq bunun üçün “Monako”nun “Tottenhem”lə oyunda xal itirməsi vacib idi.

Oyunda hesabı açan tərəf "Qarabağ" olsa da, bu üstünlüyünü sonadək qoruya bilməyib. Ardıcıl 2 qol buraxan "Qarabağ" fasilədən sonra da oyunda dönüş edə bilməyib - 1:2. Bununla da, son Azərbaycan çempionu Avropa Liqasında mübarizəni dayandırıb. 



10 dekabr

Avropa Liqasının qrup mərhələsi
 
J qrupu
 
00:05. “Anderlext” (Belçika) – “Qarabağ” (Azərbaycan) - 2:1
Qollar: 
Dani Kintana, 26 (1:0),  Najar, 28 (1:1), Okaka, 31 (2:1)
Hakimlər: Slavko Vinçiç, Bojan Ul, Tomaş Klançnik,Roberto Ponis, Draqoslav Periç, Andraş Kovaçiç (hamısı Sloveniya)
Brüssel. Konstant Vanden Stok stadionu

00:05. "Tottenhem" (İngiltərə) - "Monako" (Fransa) - 4:1
Qollar: 
Lamela, 2 (1:0), 15 (2:0), 38 (3:0), Əl Şaaravi, 61 (3:1), Kerol, 78 (4:1)


S

Komandalar

O

Q

H

M

T-f

Xal

1.

Tottenhem (İngiltərə)

5

3

1

1

8:5

10

2.

Anderlext (Belçika

5

2

1

1

6:5

7

3.

Monako (Fransa)

5

1

3

1

4:5

6

4.

Qarabağ (Azərbaycan)

5

1

1

3

3:6

4

Cia.az