|
”Qəbələ”yə böyük hesabla qalib gələcəyimizi gözləmirdim”

“Biz çox vacib qələbə qazandıq. Komandam yaxşı oyun sərgilədi. Sevinirik ki, qrupda birinciliyi ələ keçirdik”.
Bu sözləri “Krasnodar”ın baş məşqçisi Oleq Kononov Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la oyundan (3:0) sonra keçirdiyi mətbuat konfransında deyib.

- 2015-ci ilin ikinci yarısını "Krasnodar" üçün necə dəyərləndirərdiniz?

- Yaxşı qiymətləndirmək olar. Çempionata yaxşı başlamamışdıq. Buna  baxmayaraq, Avropa Liqasında inamlı çıxış etdik. Gördüyünüz kimi, qrup lideri olduq. 

- Komandanızın belə yüksəlişinin səbəbi nədir?

- Əsas səbəb daha çox işləməyimizdir. Bundan əlavə heyətimizi bir sıra futbolçularla gücləndirdik.

-Böyük hesabla qalib gələcəyinizi düşünürdünüzmü və qələbənizdə rəqib qapıçısının nə dərəcədə rolu oldu?

- Hiss olunurdu ki, “Qəbələ”dən güclüyük. Ancaq bu hesabı gözləmirdik. Rəqib qapıçı ilə bağlı şərh vermək istəmirəm.

Cia.az