Bu gün Avropa Liqasının qrup mərhələsinə yekun vurulub.
Bu mövsüm ölkəmizi turnirdə təmsil edən “Qəbələ” də sonuncu oyununa çıxıb.
Hələ ötən tur qrupdan çıxmaq şansını itirən Roman Qriqorçukun komandası Bakıda “Krasnodar”ı qəbul edib. Bu oyunda "Qəbələ" 0:3 hesabı ilə uduzub və qrup sonuncusu olub. "Krasnodar" isə qrup birinci kimi növbəti mərhələyə yüksəlib.
10 dekabr
Avropa Liqasının qrup mərhələsi
22:00. “Qəbələ” (Azərbaycan) – “Krasnodar” (Rusiya) - 0:3
Qollar: Ragnar Sigurdsson, 26 (0:1), Pereyra, 40 (0:2), Vanderson, 75 (0:3)
Hakimlər:İştvan Kovaç, Mikloş İştvan Naqi, Vasile Florin Marinesku (Rumıniya)
Bakı. “Bakcell Arena” stadionu
22:00. "Borussiya" (Dortmund) - PAOK - 0:1
Qol: Mak, 33 (0:1)
Cia.az
