|
Bakıda dini eksremistlərin daha bir lideri saxlanıldı

"Müsəlman Birliyi Hərəkatı"nın daha bir üzvü tutulub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, "Müsəlman Birliyi Hərəkatı" adlı qurumun İdarə Heyətinin üzvü, ilahiyyatçı Fərhad Mirzə Bakının Binə qəsəbəsində saxlanılıb.

O, Nardaran hadisələrində təqsirləndirilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Fərhad Mirzə "Müsəlman Birliyi Hərəkatı"nın rəhbəri Taleh Bağırovun yaxın tərəfdaşı olub.

Cia.az