Zeytun yağının orqanizm üçün nə qədər faydalı olduğunu bilməyən yoxdur.
Elmə onun xərçəng riskini azaltması, yaşlılıqla mübarizə aparması çoxdan məlumdur.
Alimlər zeytun yağının daha bir faydasını aşkarlayıb.
“Environmental health perspectives” jurnalında yayımlanan araşdırmaya görə, zeytun yağı insan orqanizmini hava çirkliliyinin mənfi nəticələrindən qoruyur.
Araşdırma çərçivəsində orta yaşlı insanlardan ibarət 3 qrup yaradılıb.
Birinci qrup 1 ay müddətində gündə 3 ədəd balıq yağı kapsulu qəbul edib.
İkinci qrupa isə gündə 3 ədəd zeytun yağı kapsulu (təxminən, 2 çay qaşığı) verilib.
Üçüncü qrup isə heç bir yağdan içməyib. Hər 3 qrupdakı insanlar gündə bir neçə saat çirkli hava tənəffüs ediblər.
Nəticədə aydın olub ki, zeytun yağı içənlərin orqanizmi çirkli havanın səbəb olduğu bəzi problemləri daha tez aradan qaldırır.
Qeyd edək ki, alimlər ətraf mühitin çirkliliyinin ürək xəstəliklərinə, təzyiqə, qan damarlarının daralmasına, iflic və infarkt kimi hallara səbəb olduğunu vurğulayırlar. Ona görə də, gündə 1-2 çay qaşığı keyfiyyətli zeytun yağı içmək tövsiyə edilir.
Cia.az
