|
Sevgilisini qısqanan 18 yaşlı qız özünü binadan atdı

Bakının Xətai rayonunda intihara cəhd olub.

Bu barədə Xətai Rayon Polis İdarəsindən məlumat veriblər.

Xəbərdə deyilir ki, dünən saat 21:30 radələrində Aşurova Xatirə Səlim qızı özünü Xətai rayonu, Mehmandarov küçəsi, 2 ünvanındakı 9 mərtəbəli binanın 4-cü mərtəbəsindən atıb.

1997-ci il təvəllüdlü X.Aşurova hazırda "Azərsutikinti" xəstəxanasındadır, vəziyyəti ağırdır.

İlkin məlumata görə, X.Aşurovanın intihar etməsinə səbəb sevgilisini qısqanması olub.

Fakt Xətai Rayon Prokurorluğunda araşdırılır.

Cia.az