|
Bakıda qadının çantasından 3500 dollar oğurladılar

Bakıda əcnəbi ölkə vətəndaşının xeyli miqdarda pulu oğurlanıb.

Hadisə Yasamal rayonunda baş verib. Rusiya Federasiyası vətəndaşı, 1969-cu il təvəllüdlü Hacımuradova Minasat Abdulkərimqızı polisə müraciət edərək bildirib ki, çantasındakı 3500 dollar naməlum şəraitdə naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.

Müraciət əsasında araşdırmalar aparılır.

Cia.az