"Bavariya"nın hücumçusu Robert Levandovski "Real" (Madrid) klubuna keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Polşalı forvard Münhen təmsilçisindən ayrılmağı düşünmədiyini bildirib:
"Hər il eyni ssenari təkrarlanır. Haqqımda müəyyən transfer xəbərləri dolaşır. Lakin bu xəbərlər məni narahat etmir. Mən öz işimə baxıram. "Real"a gəlincə bu komanda ilə heç bir danışığım olmayıb. "Bavariya"da məni hər şey qane edir".
Qeyd edək ki, daha öncə mətbuatda Levandovskinin menecerinin "Real"ın prezidenti Florentina Perezlə danışıqlar aparması ilə bağlı xəbərlər yayılıb.
Cia.az
