|
Kim Çen In: “Şimali Koreya hidrogen bombasına malikdir”
Şimali Koreya hidrogen bombasına malikdir.
Bunu  Şimali Koreyanın başçısı Kim Çen In bəyan edib.
“Biz Vətənimizin müstəqilliyini və şərəfini nüvə və hidrogen bombaları ilə qoruya biləcək  qüdrətli dövlətə çevrilmişik”, deyə Kim Çen In Pxenyanda silah zavoduna baş çəkərkən bildirib.
O, həmçinin ölkədə hərbi sənaye kompleksinin inkişafının davam etdirilməsinin vacibliyini vurğulayıb.
Qeyd olunur ki, bu, Şimali Koreya tərəfindən hidrogen bombasının işlənib hazırlanmasına dair ilk məlumatdır. 
Cia.az