|
Vahid Ələkbərov neftin gələcək qiyməti haqda proqnoz verdi

Rusiyanın ikinci böyük neft şirkəti Lukoil-in prezidenti Vahid Ələkbərov, neft qiymətlərinə dair proqnozunu açıqlayıb.

O, neft qiymətlərinin 2016-ci ildə 42-47 dollar/barel səviyyəsində qalmaqda davam edəcəyini deyib.

V.Ələkbərov verdiyi açıqlamada bildirib: "Vyanada keçirilən OPEK toplantısında İranın, İraqın neft nazirləri və analitiklərlə görüşdüm. Hamısı gələn il qiymətlərin indiki səviyyədə qalmaqda davam edəcəyinə inanır. Qiymətlərin 42-47 dollar/barel səviyyələrində olacağı gözlənilir. 2016-cı ilin sonuna doğru və ya 2017-ci ilin əvvəllərində isə qiymətlərdə artım gözlənilir".

V.Ələkbərovun sözlərinə görə, neft təklifi və tələbi 2017-ci ildə tarazlaşacaq və neftin qiyməti, sürətli olmasa da artmağa başlayacaq.

"Bizim hesablamalarımıza görə, bu ortalıq müddətdə neftin bir barelinin qiyməti 60 dollar ətrafında tərəddüd edcək" -deyə V.Ələkbərov fikrini dəqiqləşdirib.

Cia.az