|
Toy hazırlıqları dövründə ayrıldılar

Model Şəbnəm Şaefer ərə getməyə hazırlaşdığı Murat Kadıoğludan ayrılıb.
Uzun müddətdir iş adamı ilə sevgili olan Şəbnəm xəbəri sosial şəbəkədən verib:
"Murat Kadıoğlu ilə yollarımızı ayırmağa qərar verdik. Yollarımız açıq olsun".
Qeyd edək ki, cütlük bir müddət əvvəl nişanlanmışdı. Oktyabrın 24-də baş tutacaq toylarını M.Kadıoğlunun səhhətinin pisləşməsinə görə təxirə salmışdılar. Hazırda da onlar toy hazırlıqları dövründə idilər.

Xatırladaq ki, Murar aparıcı həyat yoldaşı Simge Tertemizdən qalmaqallı şəkildə boşanmışdı.

 



 

 

Cia.az