Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirləndirilən Qusar rayon sakini, 1997-ci il təvəllüdlü Alyona Baxışovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Ramella Allahverdiyeva sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı dekabrın 16-a təyin edilib.
Qeyd edək ki, qətl bu il Qusar rayonun Lecet kəndində baş verib. A.Baxışova ailə münaqişəsi zəminində qardaşını qətlə yetirib. Polis əməkdaşların əməliyyat-axtarış tədbirləri nəticəsində A. Baxışova saxlanılıb.
A.Baxışova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.
Cia.az
