Gəncədə bıçaqlanma hadisəsi baş verib
Region TV xəbər verir ki, dekabrın 9-u gecə saat 3 radələrində Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına 2 nəfər şəhər sakini 21 yaşlı Faiq Sadıqov və 19 yaşlı Hüseyn Mayılov bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yarası ilə gətiriliblər.
Dərhal əməliyyat olunan yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.
Cia.az
