Bu saatlarda “Azneft” İstehsalat Birliyində yaradılmış operativ qərargahda növbəti mətbuat konfransı keçirilir.
İB-nin baş mühəndisi Balamirzə Ağarəhimov son məlumatları açıqlayıb.
B.Ağarəhimov bildirib ki. bu gün saat 16:00-a olan məlumata görə, itkin düşmüş 26 nəfərdən heç kim tapılmayıb. Yanğının söndürülməsi ilə bağlı işlər isə davam etdirilir: “Bu işə mütəxəssislər də cəlb olunub. Onlar platformaya yaxından baxıb vəziyyəti qiymətləndirəcək və aşağıda hansı işlərin görülməsinə qərar veriləcək”.
Cia.az
