|
Yanğında xəsarət alan 2 neftçi xəstəxanadan evə buraxıldı

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağının 10-cu dərin dəniz özülü yaxınlığında baş vermiş qəza nəticəsində xəsarət alan 2 neftçi xəstəxanadan evə buraxılıb.

Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan Ənvər Əliyev və Mais Abbasovun səhhətləri normal olduğundan, onların evə buraxılmasına qərar verilib.

Hazırda xəstəxanada müalicə olunan neftçilərin sayı 12 nəfərdir.

*   *   *13:04

“Günəşli” platformasında baş vermiş qəzada xəsarət alan və hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan 2 neftçi bu gün evə buraxılacaq.

Bu barədə virtualaz.org saytına xəstəxanadan məlumat veriblər.

Xəbərdə deyilir ki, neftçi Ənvər Əliyev və Mais Abbasovun vəziyyəti yaxşılaşıb: “Hər iki neftçinin vəziyyəti yaxşıdır. Onların bu gün evə yazılması planlaşdırılır. Amma hələlik müayinə edilirlər, yekun qərar verilməyib”.

Hazırda xəstəxanada olan 13 neftçinin vəziyyəti isə stabildir. Onlara həm də psixoloji yardım edilir.

Cia.az