Bu gün baş nazirin müavini Əli Əhmədov vvə deputatlar Mərkəzi Neftçilər Xəsrəxanasında müalicə olunan yaralı neftçilərə baş çəkiblər.
Əli Əhmədov onların müalicəsinin gedişi ilə maraqlanıb. Xəstəxanadan deyiblər ki, yaralıların vəziyyəti normaldır. Sabah təkrar müayinələr aparılacaq. 3 nəfər 1-2 günə evə yazılacaq.
Bu hadisənin prezident İlham Əliyevin şəxsi nəzarətində olduğunu, bu səbəbdən də bütün lazımi addımların atılacağını bildirən Ə.Əhmədovun sözlərinə görə, yaralılara və itkin düşənlərin yaxınlarına bütün köməklik göstəriləcək.
Xəstəxanadan onu da bildiriblər ki, neftçiləri ziyarət etməyə gələnlərin sayı durmadan artır. Müxtəlif nazirliklərin və dövlət və qeyri-hökumət təşkilatlarının əməkdaşları, ictimai xadimlər neftçiləri yoluxmağa gəliblər.
Cia.az
