BP şirkəti bildirir ki, dekabrın 4-də “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş və hələ də davam etməkdə olan yanğın onların Xəzərdə neft-qaz hasilatı işlərinə təsir göstərməyib.
Virtualaz.org xəbər verir ki, bu haqda “BP-Azərbaycan” şirkətinin rəsmisi Tamam Bayatlı “Routers”ə bildirib.
“Yanğın BP-nin işinə təsir göstərmir, çünki yanan platfoma bizim platformalardan uzaqdadır”-Tamam Bayatlı deyib.
“Günəşli” yatağının dərin sulu hissəsinin istismarını BP-nin rəhbərlik etdiyi beynəlxalq konsorsium həyata keçirir.
Cia.az
