|
Anasını öldürən oğula 17 il 6 ay həbs verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını qətlə yetirməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Siyavuş Zöhrabovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Rahib Salmanov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Siyavuş Zöhrabov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl hadisəsi 7 iyul, 2015-ci ildə Nizami rayonu, Mehdi Abbasov küçəsi, ev 33-də qeydə alınıb. S. Zöhrabov qısqanclıq zəminində anası, 1970-ci il təvəllüdlü Tahirə Zöhrabovanı bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törədən S. Zöhrabov tutulub. O, ilkin ifadəsində anasının telefonda başqa bir şəxslə mesajlaşmasını gördüyünü bildirib. Qətli də bu səbəbdən törətdiyini deyib.
Cia.az