|
Azərbaycan rusiyalı iş adamını beynəlxalq axtarışa verdi

Azərbaycan rusiyalı iş adamını axtarışa verib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 1965-ci il təvəllüdlü Tsindelyani Lento Sosoyeviç qaçaqmalçılıqda təqsirləndirilir.

Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

Saytın əldə etdiyi məlumata görə, Lento Tsindelyani Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

Cia.az