|
27 yaşlı gənc kirayədə yaşadığı evdə özünü asdı

Bakıda intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. Rayon ərazisində kirayədə yaşayan 1988-ci il təvəllüdlü Almaz Nəcəf oğlu Xocayev yaşadığı evdə özünü asıb.

Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Cia.az