|
İtkinlərdən xəbər yoxdur
"Günəşli" platformasında baş verən faciə ilə bağlı növbəti mətbuat konfransı keçirilib.
Musavat.com xəbər verir ki, mətbuat konfransında SOCAR-ın “Azneft” istehsalat birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov bildirib ki, bu dəqiqəyədək heç bir neftçi tapılmayıb.
B.Ağarəhimov qeyd edib ki, hazırda Fövqəladə Hallar Nazirliyinin və Sərhəd Qoşunlarının rəhbərliyi 5-ci platformada müşavirə keçirir.
 
Axtarış işlərinin gecə saatlarında da davam etdiyini deyən B.Ağarəhimov qeyd edib ki, bu gündən dalğıclar da xilasetmə işlərinə qoşulub.
Cia.az