|
Yaralı neftçilərə qoyulan diaqnozlar...
Bu gün SOCAR rəsmiləri Mərkəzi Neftçilər Xəstəxanasında "Günəşli" yatağında baş vermiş yanğın zamanı xəsarət almış neftçiləri ziyarətə gəliblər.
Trend-in məlumatına görə, SOCAR-ın vitse-rezidenti Xaliq Məmmədov, Mikayıl İsmayılov və Elşad Nəsirov hazırda xəstəxanada müalicə alan 8 nəfər neftçi ilə görüşüb.
Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan xəsarət almış neftçilərin adları:
 
Rəcəbov Mərdan - qabırğa sınığı
 
Məmmədov Allahverdi - bazunun sınığı
 
Əliyeva Məlahət - bel fəqərəsinin sınığı
 
Hüseynov Rəşid - kəllə-beyin silkələnməsi
 
Abbasov Mais - alın nahiyyəsinin kəsilmış, cırılmış yarası
 
Əliyev Ənvər - alın nahiyyəsinin burun göz altı yarası
 
Cəfərov Faiq - hipotermiya,başın yumşaq toxumaların əzilməsi
 
Orucov Atakişi - hipotoniya,yumşaq toxumaların əzilməsi
Cia.az