|
İtkin düşən ən gənc neftçi -

“Günəşli” özülündə baş vermiş dəhşətli qəza və yanğın nəticəsində itkin düşmüş neftçilərin siyahısında 30 nəfərin adı var.

Siyahıdakı şəxslərin ən böyüyü 62, ən gənci isə 22 yaşındadır. 22 yaşlı gənc Tural Fətəli oğlu Babazadədir.

Virtualaz.org saytı xəbər verir ki, 1993-cü il təvəllüdlü Tural Babazadənin bacısı Nigar Babazadə mətbuata müraciət edərək qardaşı haqda hər hansı məlumat almaq istədiyini bildirib.

“Dostlar, ailəmiz ağır günlərini yaşayır. “Günəşli faciəsi bizdən də yan keçmədi. Qardaşım Tural da həmin platformada işləyirdi. Onun adı itkin düşənlərin rəsmi siyahısındadır. Xahiş edirəm bu fotonu paylaşın. Bəlkə kimsə hansısa xəbər tuta bildi” - deyə N.Babazadə bildirib.

 

Cia.az