|
İtkin neftçilərin qohumları SOCAR-ın qarşısına toplaşır

Öldü-qaldısından hələ də heç bir xəbər olmayan (hələ rəsmi informasiya yoxdur-red.) 30 neftçinin yaxınları bu dəqiqələrdə SOCAR-ın mərkəzi ofisinin qarşısına toplaşırlar.

Cia.az virtualaz.org saytına istinadən xəbər verir ki, neftçilərin yaxınları onların taleyindən dəqiq xəbər öyrənmək məqsilə baş ofisin qarşısına yığışır.

Səhiyyə Nazirliyi isə SOCAR-ın qarşısına həmin insanlara yardım üçün psixoloq briqadası göndərib.

Əlavə məlumat veriləcək.

Cia.az