|
Vidadi Zeynalovdan Adəm Məmmədovla bağlı açıqlama gəldi

Xəbər verdiyimiz kimi, tanınmış vəkil Adəm Məmmədova “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevi döydüyü ilə bağlı cinayət işi açılıb.

A. Məmmədovun sözlərinə görə isə, məsələnin məğzi vəkili olduğu, hazırda həbsdə yatan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovla bağlıdır, vəkil iddia edir ki, Vidadi Zeynalovda MTN generalları haqda ilginc məlumatlar var, onların istintaqa açılması isə ikincinin həyatı bahasına başa gələ bilər.

Vidadi Zeynalovun isə məsələyə reaksiyası gecikməyib. Həbsdə olan keçmiş aparat rəhbərinin ikinci vəkili Muğan Əliyev “Qafqazinfo” ilə əlaqə saxlayaraq bildirib ki, Vidadi Zeynalov bu iddianı təkzib edir. Vəkil müvəkkilində MTN generalları ilə bağlı heç bir məlumatın olmadığını deyir.

Cia.az