|
25 nəfər xilas olundu -

Hazırda "Günəşli" yatağının yanğın baş vermiş 10-cu blokunda xilasetmə işləri aparılır.
Cia.az APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin və SOCAR-ın canlı qüvvəsi və texnikası yanğın baş vermiş platformaya enib.
Hadisə baş vermiş platformada xilasetmə əməliyyatları başlayıb və artıq 7 nəfər xilas olunub.
SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev də hadisə yerindədirlər.
Qeyd edək ki, dünən baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.

***

Azərtac-ın yaydığı son məlumata görə, artıq 19 nəfər təxliyyə olunub.

Yanğının söndürülməsi və işçilərin təxliyyə olunması prosesi davam etdirilir.

***

Son məlumata görə, “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündən təxliyə edilənlərin sayı 25-ə çatıb.

Cia.az