|
Tofiq Bakıxanovun yubileyi keçiriləcək

Azərbaycan Dövlət Opera və Balet Teatrında Azərbaycanın qocaman bəstəkarı, Xalq artisti, Prezident təqaüdçüsü Tofiq Bakıxanovun 85 illik yubileyi çərçivəsində qala-balet gecəsi keçiriləcək. 
Tədbir dekabrın 13-də reallaşacaq. 
Gecədə bəstəkarın üç baleti – “Xəzər balladası”, “Xeyir və Şər” və “Şərq poeması” birpərdəli baletləri nümayiş olunacaq.

Cia.az