Türkiyə baş naziri Əhməd Davudoğlu bu gün Azərbaycana səfəri öncəsi Esenboğa hava limanında jurnalistlərin suallarını cavablandırıb.
Baş nazir bildirib ki, Dağlıq Qarabağla bağlı Türkiyənin mövqeyi açıq və dəqiqdir: “Azərbaycanın bütün torpaqları azadlığa qovuşana qədər Türkiyə Azərbaycanın yanında yer alacaq. Azərbaycanla Türkiyə arasında enerji artımını müzakirə edəcəyik. Əlqələrimiz Rusiyadan asılı olmadan davam edir”.
Davudoğlu həmçinin təyyarənin vurulmasından sonra Rusiyanın Türkiyə ilə bağlı səsləndirdiyi iddialara cavab verib:
“Son bir həftə ərzində rus mətbuatında və rus rəsmiləri səviyyəsində verilən açıqlamalar mənə gəncliyimi xatırladır. Soyuq müharibə dövründə Sovet propaqanda maşını vardı. Bunlar Pravda yalanları olaraq bilinirdi. Rusiyanın unutduğunu sandığımız Sovet davranışları bir-bir ortaya çıxır. Ekspansionist görüntü ilə qonşuları ilə problem yaşayır və bunları ört-basdır etmək üçün propaqanda maşınını işə salır”.
Cia.az
