Gədəbəydə 57 yaşlı qadın intihara cəhd edib.
Rayonun Şınıx kəndində kənd sakini, 1958-ci il təvəllüdlü Nəsibə Hüseynova yaşadığı evdə üzərinə neft tökərək özünü yandırıb. Qadın dərhal Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Ona bədənin 95 faizinin II-III dərəcəli yanıq diaqnozu qoyulub. N.Hüseynovanın vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə, N.Hüseynova ailə münaqişəsi zəminində özünü yandırıb. Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılır
Cia.az
