|
Kerri Kosovoya gedib
ABŞ dövlət katibi Con Kerri Kosovonun müxalifət liderlərini parlamentə gözyaşardıcı qaz buraxılmasını dayandırmağa çağırıb. Kerri bu Balkan ölkəsinin hökumətini etnik bölücülüyün yatırdılması planlarına əməl etməyə çağırıb.
Kerri dekabrın 2-də Kosovoya ilk rəsmi səfərini edib, Serbiya ilə münasibətlərdəki siyasi böhranın həllinə kömək etməyə çalışıb. 1.8 milyon əhalisi olan Kosovo Serbiyadan 1999-cu ildə ayrılıb, indi də Avropa Birliyinə üzv olmağa çalışır.
Hökumətin ölkənin serb azlığına daha çox hüquqlar vermək səyləri Kosovoda iğtişaşlar yaradıb.
Priştina aeroportunda baş nazir Isa Mustafa ilə görüşdən sonra Kerri deyib ki, parlament demokratiya, hörmət məbədi olmalıdır. “Burası gözyaşardıcı qaz və qorxutma yeri deyil”, Kerri sözlərinə əlavə edib
Cia.az