|
Dövlət Pantomim Teatrında “Dejavü” tamaşası nümayiş olunacaq

Dekabrın 5-də Azərbaycan Dövlət Pantomim Teatrı “Dejavü” adlı tamaşanı teatrsevərlərə təqdim edəcək.

Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşanın müəllifləri teatrın gənc aktyorları Səbinə Hacıyeva və Bəhruz Əhmədlidir.

Səhnə əsərinin müəllifləri həm tamaşaya quruluş verib, həm də rolları ifa edəcəklər. İki nəfərlik tamaşanın musiqi tərtibatçısı isə E.Rəfiyevdir.

Tamaşa kişi və qadın mövzusundan bəhs edir.

Cia.az