Türkiyənin vurduğu rus qırıcı təyyarəsinin başlatdığı siyasi böhran sonrası baş verə biləcək təbii qaz böhranına qarşı addım atılıb.
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, Türkiyənin BOTAŞ şirkəti ilə Qətər Petrol arasında müqavilə imzalanıb.
Məlumata görə, bu barədə qərar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Qətər şeyxi Tamim Bin Hamad Al Sani arasında baş tutan görüşdən sonra verilib.
Əmirlik Divanında baş tutan görüş mətbuata qapalı olub və təxminən 2 saat davam edib.
Cia.az
