|
Bakıda vergi müfəttişi döyüldü

Paytaxtda dövlət rəsmisi mühafizə xidmətinin əməkdaşı tərəfindən döyülüb.

Hadisə Nizami rayonu, Ə.Vəliyev küçəsində baş verib.

Vergilər Nazirliyi Bakı Şəhər Departamentinin müfəttişi, 1964-cü il təvəllüdlü Ramiz Babayev bir neçə gün öncə ərazi üzrə səyyar vergi yoxlamaları apararkən döyülüb.

R.Babayev "Class" MMC-yə məxsus sexdə vergi yoxlaması aparmaq istəyərkən şirkətin mühafizəçisi, Bakı sakini, 1965-ci il təvəllüdlü Emin Allaheverdiyev tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

Cia.az