|
Terrorçular vətəndaşlıqdan məhrum ediləcək

"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna dəyişiklik ediləcək.

Bununla bağlı layihə dekabrın 2-də Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu, Dini qurumlar və ictimai birliklər komitələrinin birgə iclasında müzakirəyə çıxarılacaq.

Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı 18-ci maddəyə yeni əlavələr (3-1, 3-2) edilməlidir.

Layihəyə görə, terrorda iştirak, konstitusiya quruluşunun zorla dəyişdirilməsi hərəkətlərinin həyata keçirilməsi də vətəndaşlığın itirilməsi ilə nəticələnəcək.

Bundan başqa, vətəndaş dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçərsə, düşmənçilik zəminində dini məzhəblərin yayar, dini ayinlər adı altında xarici dövlətdə dini münaqişələrdə iştirak edərsə, həmin fəaliyyətə digər şəxsi cəlb edərsə, yaxud bu məqsədlə silahlı qrup yaradarsa da vətəndaşlıqdan məhrum ediləcək.

Qanun layihəsi komitələrin birgə iclasında müzakirədən sonra dekabrında 4-də Milli Məclisin plenar iclasında səsə qoyulacaq 

Cia.az