Bir neçə gün əvvəl təqdim olunan "Altın Kelebek" mükafatlandırma gecəsində Ebru Gündeş "ən yaxşı fantezi qadın ifaçısı" seçilib.
Müğənniyə mükafatı Emel Sayın təqdim edib. O, Gündeşin səhnəyə addım atdığı ilk illər haqda danışıb:
"19 "Altın Kelebek" almışam. Çox qürurluyam. Amma Ebrunun yeri məndə başqadır. 1992-ci ildə Şener Şenle "Muhabbet 92" muziklı ilə turnedə idik. Dedilər, "bir qız var, səsi çox gözəldir, bizimlə gəlsin". Ebru gəldi, baxdım balaca, çox zəif bir qızdır. Amma o qızdan bir səs çıxdı ki, qiyamət qopdu. Dedim, bir ulduz doğulur".
Ebru da "bugünkü səhnə həyatımda, buraya qədər gəlməyimdə çox əməyiniz var, haqqınızı halal edin" deyərək ustad ifaçıya təşəkkür edib.
Cia.az
