|
Eminlə Leyla yenidən bir arada -
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə müğənni-bəstəkar Emin Ağalarov əkizləri Əli ilə Mikayılın ad günündə bir araya gəliblər. 
Emin oğulları və Leyla Əliyeva ilə birlikdə çəkilmiş fotosunu sosial şəbəkədə paylaşıb. O, şəklə “7-ci ad gününüz mübarək Əli və Mikayıl” sözlərini yazıb. 
Qeyd edək ki, Leyla Əliyeva ilə Emin Ağalarov 2006-cı il, aprelin 30-da ailə qurublar. Bu ilin mayında isə L.Əliyeva E.Ağalarovla boşandığını İnstaqram səhifəsində elan edib. 
Leyla Əliyeva, həmçinin, övladlığa götürdüyü və Əminə adını verdiyi bir qız anasıdır. 

 
Cia.az