|
"Mançester Siti"nin səhmləri satıldı

Ərəb milyarder Şeyx Mənsur bin Zayed Əl-Nahyanın sahibi olduğu "Mançester Siti" klubunun səhmlərinin bir hissəsi satılıb.

Klubun hissələrinin 13 faizini Çinin CMC və CİTİC şirkətlərindən ibarət konsorsium alıb.

Altı il öncə Şeyx Mənsur bin Zayed Əl-Nahyan 265 milyon funt-sterlinq qarşılığında "Mançester Siti"nin bütün səhmlərinə yiyələnib. 

O, 6 ay davam edən görüşlərdən sonra eyni məbləğə klubun səhmlərinin cəmi 13 faizini çinlilərə satıb.

Cia.az