İslam dünyasını ayağa qaldıran addım bu dəfə İrandan gəldi.
Axşam.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, iranlı rejissor Məcid Məcidli Məhəmməd Peyğəmbər (s.a.s) haqqında film çəkir. Bundan əvvəlki anoloji filmlərdən fərqli olaraq bu dəfə peyğəmbərin səsinin eşidilməsi ilə yanaşı üzünün də görüntüsü olacaq.
Sərt tənqidlərlə qarşılaşan filmlə bağlı ilk tənqid Livan müftisi Məhəmməd Əli Əl-Cuzudən gəlib. O, bu addımla İranın islamdan əvvəlki dövrünə döndüyünü qeyd edib. Müfti bildirib ki, peyğəmbərin səsinin və üzünün əks olunması İslama görə günahdır.
"Məhəmməd" adlanan filmdə baş rola çəkiləcək aktyorun adı hələ bəlli olmasa da, indidən təhqirlərə məruz qalıb.
Peyğəmbərin uşaqlığından bəhs edəcək film 2015-ci il fevralında İranın paytaxtı Tehranda keçiriləcək "Şəfəq Film Festivalı"nda təqdim olunacaq. Ssenari Məhəmməd Peyğəmbərin (s.a.s) uşaqlığından bəhs edir.
Qeyd edək ki, İranda nümayişə girən filmlərə hökumət tərəfindən ciddi nəzarət var. Ona görə də, tənqidçilərin fikrinə görə, bu filmin təqdim olunması sual altındadır.
