Türkiyənin baş naziri Əhməd Davudoğlu dekabrın 3-də Bakıya səfəri zamanı Azərbaycandan bu ölkəyə qaz nəqlinin artırılmasını müzakirə edəcək.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə vzqlyad.ru Bakıdakı mənbələrə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, Moskva ilə Ankara arasında münasibətlərin kəskinləşməsi fonunda baş nazir iki ölkə arasında əməkdaşlıq məsələləri ilə yanaşı Azərbaycanın Türkiyəyə satdığı təbii qazın həcminin artırılmasını da müzakirə edəcək.
Qeyd edək ki, Azərbaycan Bakı-Tiflis-Ərzurum kəməri ilə Türkiyəyə ildə 6 milyard kubmetr qaz satmalıdır. Lakin son illərdə Azərbaycan tərəfi müqavilədə göstərilən həcmdə qaz verə bilməyib.
“Ekspertlər Azərbaycanın Türkiyəyə qaz nəqlini artıra biləcəyinə şübhə edir”- deyə mənbə bildirib.
Gözlənilir ki, Davudoğlunun səfəri zamanı Rusiyanın türk TIR-larına qapıları bağlamasından sonra yükdaşımalar sahəsində yaranmış kritik vəziyyət də müzakirə olunacaq.
Türkiyə tərəfi Orta Asiya respublikalarına yükdaşımaların Xəzər dənizi üzərindən həyata keçirilməsi üçün Bakıdan liman və bərə tariflərini aşağı salmağı xahiş edir.
Cia.az
