Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul dövriyyəsində təqsirləndirilən Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüldü Anar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Prosesə hakim Mirzə Xankişiyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Anar Əliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Anar Əliyev ötən il Sumqayıt şəhər polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış zamanı 59 ədəd saxta 100 manatlıq əskinas aşkarlanaraq götürülüb.
Cia.az
