|
Yunanıstan klubunun 3 xalı silindi

Yunanıstan Futbol Federasiyasının İntizam Komitəsi "Panatinaikos"a sərt cəza tətbiq edib.

Buna noyabrın 21-i "Oimpiakos"la oynanılması planlaşdırılan qarşılaşmanın komandanın azarkeşlərinin etdiyi hərəkətlər səbəbindən təxirə salınması səbəb olub. Baş verənlərə görə "Panatinaikos"un 3 xalı silinib və 4 oyun azarkeşsiz oynamaq cəzası verilib. Bundan başqa Yunanıstan klubu 190 min avro məbləğində cərimələnib.

3 xalı silinən "Panatinaikos" 19 xalla 5-ci pilləyə geriləyib.

Cia.az