|
“Nadir şah" tamaşaya qoyulur

Yazıçı-publisist Yunus Oğuzun “Nadir şah” romanı əsasında səhnələşdirilmiş eyni adlı tamaşanın Azərbaycan Dövlət Akademik Mili Dram Teatrında premyerası keçiriləcək.

Axşam.az AFİŞA xəbər verir ki, quruluşunu rejissor Gümrah Ömərin verdiyi tamaşada baş rolu-Nadir şahı əməkdar artist Məmməd Səfa (Məmmədsəfa Qasımov) ifa edəcək.