|
Messi İspaniyanın ən yaxşısı seçildi
İspaniya La Liqasında 2014/2015 mövsümünün ən yaxşıları müəyənləşib.
"Barselona"nın oyunçusu Lionel Messi ən yaxşı futbolçu və ən yaxşı hücumçu seçilib. İspaniyanın ən yaxşı baş məşqçisi adına Kataloniya klubunun çalışdırıcısı Luis Enrike layiq görülüb. "Barsa"nın hücumçusu Neymar isə ən yaxşı amerikalı oyunçu seçilib. 
Ötən mövsümün ikincisi "Real" iki mükafat qazanıb. Serxio Ramos ən yaxşı müdafiəçi, Xames Rodriqes isə ən yaxşı yarımmüdafiəçi mükafatını qazanıb.
Cia.az