|
“Özümü öldürəcəkdim, istəmədim uşaqlarım da yaşasın” -

Bakı Ağır Cinayətlər Məhkəməsində iki azyaşlı körpəsi boğaraq qətlə yetirən 1988-ci il təvəllüdlü Nəsibə Qurbanovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Bu il may ayında Bakının ikinci Albalı bağ massivi 515-ci bağ evində yaşayan 1988-ci il təvəllüdlü Nəsibə Nəsib qızı Qurbanova evdə tək olarkən iki körpə uşağını, 2012-ci il təvəllüdlü Ayan Asif qızı Məlikzadəni və 10 aylıq körpəsi Ayşəni boğub öldürüb. Qadın daha sonra öz ürəyinə bıçaqla zərbə yetirib. Qadın ağır yaralı olaraq xəstəxanaya aparılıb. Onun həyatını xilas etmək mümkün olub. O, yaşamaq istəmədiyi üçün özünü öldürmək istədiyini və övladlarını heç kimə əmanət edə bilmədiyi üçün onları da boğaraq öldürüb.

Hakimlər kolegiyasının kökmü ilə Nəsibə Qurbanova 20 il müddətinə azadlıqdan məhrum edilib.

Cia.az