Brüsseldə NATO ölkələrinin Xarici İşlər nazirləri bir araya gəlib.
ANS PRESS-in məlumatına görə, toplantıda Ukrayna, Əfqanıstan, İraq və Suriyadakı baş verən hadisələr qiymətləndirilib.
Koalissiya rəsmilərinin toplantısında çıxış edən ABŞ dövlət katibi Con Kerri İŞİD terror qruplaşmasının Suriya və İraqda geniş ərazilərə nəzarət etdiklərini səsləndirib. O, terrorçulara qarşı keçirilən hava hücumlarında ciddi zərbələr vurulduğunu lakin, onlarla mübarizəninn illər çəkə biləcəyini də gizlətməyib.
Xatırladaq ki, ABŞ-ın başçılığı ilə koalissiya qüvvələri sentyabr ayından bəri İŞİD-ə qarşı bir sıra əməliyyatlar keçirir.
